Branson Amerika bayrağını öpdü və Türkiyəyə mesaj verdi – Foto

Branson Amerika bayrağını öpdü və Türkiyəyə mesaj verdi – Foto backend

20 ildir Türkiyədə yaşayan və ötən gün həbsdən azad edilən amerikalı rahib Endryu Branson ölkəsinə qayıdıb.

Teleqraf.com xəbər verir ki, Bransonu ABŞ-a aparan təyyarə Almaniyada dayanıb.

Hava limanında onu ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell qarşılayıb.

Səfir ona ABŞ bayrağını verib. Amerika bayrağını öpən Branson Türkiyəyə də mesaj göndərməyi unutmayıb. O, Tvitter hesabında yazıb: “Türkiyəni sevirəm, həmişə sevdim, sevəcəyəm”.

Həyat yoldaşı Norina Branson da Türkiyəyə olan sevgisni belə ifadə edib: “Hər şeyə baxmayaraq, Türkiyəni sevirik”.

Qeyd edək ki, PKK və FETÖ terror təşkilatları adına agentlik etmək ittihamı ilə Türkiyədə 35 il azadlıqdan məhrum edilmiş, Endryu Branson oktyabrın 12-də məhkəmənin qərarı ilə sərbəst buraxılıb.