Yanvarın 26-da İrəvanda rusiyalı hərbçi Valeri Permyakovun Ermənistana təhvil verilməsi tələbi ilə yürüş keçiriləcək.
Qaziler.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yürüş təşkilatçılarının yaydığı bəyanatda Ermənistan hakimiyyəti və Rusiya tərəfindən yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirmiş V. Permyakovun yerli hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələb olunur.Qeyd olunur ki, bu tələb Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı müqavilənin 4-cü maddəsindən irəli gəlir.