Ərdoğan: “Çox tezliklə Fəratın şərqindəki terrorçuları da darmadağın edəcəyik”

Ərdoğan: “Çox tezliklə Fəratın şərqindəki terrorçuları da darmadağın edəcəyik” backend

“İnşallah, çox tezliklə Fəratın şərqindəki terror yuvalarını da darmadağın edəcəyik.”

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan deyib.

Ərdoğanın bu açıqlamasının ABŞ-la Türkiyə arasında razılaşma haqda Birləşmiş Ştatlar mətbuatının iddialarından sonra edilməsi diqqətlərdən yayınmayıb.

Müşahidəçilərin fikirincə, ABŞ Türkiyədə həbsdə olan cəsus-rahib Brundsonun qarşılığında rəsmi Ankaranın Fəratın şərqində yerləşən və Pentaqon tərəfindən dəstəklənən PKK/PYD terrorçularını vurmasına göz yumacaq.

Xatıladaq ki, ABŞ-la Türkiyə arasında ən böyük problem Vaşinqtonun Suriyada PKK/PYD terrorçularına rəsmən dəstək verməsidir. Türkiyə həyata keçirdiyi hərbi əməliyyatlarla Fəratın qərbini PKK/PYD terrorçularından təmizləsə də, terrorçular Fəratın şərqində varlıqlarını davam etdirməkdədilər.