F-35-lər Türkiyəyə göndərilməsə, istehsalı da dayanacaq

F-35-lər Türkiyəyə göndərilməsə, istehsalı da dayanacaq backend

F-35 hərbi təyyarələrinin Türkiyəyə satışı dayandırılarsa, tədarük zəncirinə ziyan dəyər və təyyarə istehsalında fasilələr yarana bilər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Blumberq” agentliyi yayıb. Bilidirilib ki, F-35-lərin ən vacib hissələri Türkiyədə istehsal edilir.

“F-35 hərbi təyyarəsinin təxmini qiyməti 12 milyard dollar olan bəzi hissələri Türkiyənin 10 şirkəti tərəfindən istehsal olunur. Həmçinin təyyarənin vacib avadanlıqlarından bəzilərini yalnız Türkiyə istehsal edir. F-35-in əsas gövdəsi, bomba bölməsi, qapıları və digər hissələri "Northrop Grunman" ilə Türk Hava və Kosmos Sənayesi və ortaqları tərəfindən istehsal edilir”, - agentlik qeyd edib.