Türkiyə və Fransa xarici işlər nazirləri Parisdə görüş keçirib

Türkiyə və Fransa xarici işlər nazirləri Parisdə görüş keçirib backend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransız həmkarı Jan-İv Le Drianla görüşüb.

Trend-in məlumatına görə, danışıqlar Parisdə Çavuşoğlunun Fransaya rəsmi səfəri çərçivəsində baş tutub.

Tərəflər Suriya daxil olmaqla regional məsələləri, indiki vəziyyət, həmçinin ikitərəfli əlaqələrin inkişafı perspektivləri və digər məsələləri müzakirə edib.