XİN: Serj Sarqsyanın Vatikanda səfir olan kürəkəni geri çağırılacaq

XİN: Serj Sarqsyanın Vatikanda səfir olan kürəkəni geri çağırılacaq backend

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarqsyanın kürəkəni, ölkənin Vatikandakı səfiri Mikael Minasyan geri çağırılacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Ruben Rubinyan bildirib.

M.Minasyanın Vatikandan geri çağırılıb-çağırılmayacağı ilə bağlı sualı cavablandıran nazir müavini deyib: “Xeyir, o vəzifəsini davam etdirməyəcək. Bu, baş nazir Nikol Paşinyanın qərarıdır”.