"İsrail Suriyada hücumları davam etdirərsə, peşman olacağı reaksiya ilə qarşılaşacaq"
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəhmani deyib.Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşən Şəhmaninin sözlərinə görə, İsrail rejimi Suriyada qeyri-sabit vəziyyətin davam etməsində maraqlıdır.
İsraili terrorçuları dəstəkləməkdə ittiham edən İran rəsmisi diqqətə çatdırıb ki, Suriya ərazisində obyektlərə aviazərbələr endirilməsi rəsmi Təl-Əvivə baha başa gələcək.