Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb.
ATV.az Anadolu-ya istinadən xəbər verir ki, görüş barədə Türkiyə Prezidenti Administrasiyasının rəsmisi Fəxrəddin Altun özünün Twitter səhifəsində yazıb.O qeyd edib ki, iki lider Baş Assambleya kuluarlarında əl sıxaraq qısa söhbət ediblər.
Bildirilir ki, bu söhbət birinci xanımlar Əminə Ərdoğan və Melaniya Trampın iştirakı ilə olub.