ABŞ-ın birtərəfli olaraq İranla nüvə razılaşmasından çəkilməsi nüvə silahları ilə bağlı yeni təhdidlər yaradır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.“Tehran öz üzərinə düşən öhdəlikləri yerinə yetirdi. Rusiya İranla nüvə razılaşmasının qorunmasının vacibliyindən əmindir. Əks təqdirdə, bütün Yaxın Şərqdə böyük gərginliklə qarşı-qarşıya qala bilərik”, - deyə XİN rəhbəri bildirib.