“Nikol Paşinyan BMT tribunasından təhlükəsizlik və milli məsələləri deyil, daha çox Ermənistandakı öz mövqeyini qabartmaq üçün istifadə edib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın müxalifətdəki Respublika partiyasından (sədr Serj Sərkisyan) deputat, parlamentin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan özünün “facebook”dakı statusunda yazıb.“Ermənistanın keçmiş hakimiyyətinin adını çəkərək ona avtoritar damğası yapışdırmazdan əvvəl ən azı hakimiyyətin dinc yolla ötürülməsi ilə bağlı beynəlxalq oyunçulaırn bizim dövlətçi və müdrik mövqeyimizi dəstəklədiyini yada salaydınız. Növbədənkənar parlament seçkilərinə vurğu edilməsi isə gələcək hakimiyyətlərin sabitliyinə, təhlükəsizliyinə və legitimliyinə qoyulmuş bombadır. Siz küçələri bağlamağı bacarırsınız, lakin ağızları yuma bilməzsiniz”, - Aşotyan qeyd edib.
Xatırladaq ki, Ermənisanın baş naziri Nikol Paşinyan BMT-nin Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışında Ermənistandakı daxili situasiyaya toxunmuş və “məxməri inqilab”ın nəticələrini tərifləmişdi. Paşinyan ən ali beynəlxalq qurumda öz parlamentini şikayət etməyi də unutmayıb: “Bu gün parlament fəaliyyət göstərsə də xalqın iradəsini ifadə etmir” - baş nazir deyib.
Paşinyan çıxışında Ermənistanda yeni parlament seçkilərinin keçirilməsinin vacibliyini də dilə gətirib.