Konnektikut ştatı ardıcıl olaraq üçüncü ildir ki Xocalı qətliamına dair bəyanat qəbul edir.
Konnektikut ştatı Nümayəndələr palatası Xocalı qətliamı ilə bağlı bəyanat qəbul edib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, bəyanatda 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərinə hərbi təcavüz nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, bir çox beynəlxalq təşkilat və bir sıra dövlət hökumətləri, həmçinin ABŞ və digər ölkələrin aparıcı media orqanları tərəfindən bu təcavüzün qəti şəkildə pisləndiyi qeyd olunub.Sənəd Konnektikut ştatı Nümayəndələr palatasında çoxluğun lideri olan Co Aresimoviç (House majority leader Joe Aresimowicz), Palatanın üzvləri Kevin Rayan (Kevin Ryan) və Karolin Simmonsun təşəbbüsü ilə irəli sürülüb, Nümayəndələr palatasının spikeri və Konnektikut ştatının dövlət katibi tərəfindən imzalanaraq təsdiq edilib.
Konnektikut ştatının Nümayəndələr palatası artıq ardıcıl olaraq üçüncü ildir ki, Ermənistan təcavüzkarları tərəfindən Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş dəhşətli qətliama dair Bəyanat qəbul edir.