Özbəkistan Mərkəzi Bankı ölkədə xarici valyutanın mübadiləsi üzrə əməliyyatları müvəqqəti dayandırıb. APA-nın “Azadlıq Radiosu”na istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan Mərkəzi Bankının yaydığı press relizdə bildirilir.
“Səbəb xarici valyutanı dəyişmək istəyənlərin sayının kəskin çoxalmasındadır. Bu səbəbdən xarici valyutanın dövriyyəsi üzrə fəaliyyətin cari kvartalda dayandırılmasına dair qərar qəbul olunub”, deyə məlumatda bildirilir.Xarici valyutanın mübadiləsi iyuladək həyata keçirilməyəcək.