Abdulla Öcalanın yaxın silahdaşı həbs olundu

Abdulla Öcalanın yaxın silahdaşı həbs olundu backend

Türkiyənin Ədirnə şəhərində PKK terror təşkilatının başçısı Abdulla Öcalanın yaxın qohumu və silahdaşı, hələlik kimliyi gizli saxlanılan “H.Ö” ad və soyadlı şəxs Yunanıstana qaçmaq istəyərkən yaxalanıb.

28 yaşlı “H.Ö” silahlı terror təşkilatının üzvü olmaqda şübhəli bilinərək axtarışda olub. Bildirilir ki, Türkiyənin Şanlıurfa bölgəsinin Halfeti rayonunda qeydiyyatda olan PKK-çı barəsində terrorçu fəaliyyətinə görə 4 məhkəmə qərarı mövcuddur.