Rusiya yeni nəsil freqatlar təkmilləşdirir

Rusiya yeni nəsil freqatlar təkmilləşdirir backend

Rusiyanın “Severnaya Verf” gəmiqayırma zavodu yeni nəsil freqatların təkmilləşdirilməsinə start verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkətin mətbuat xidməti İqor Ponomaryov bildirib.

O qeyd edib ki, şirkət bu işdə “Şimal Dizayn Bürosu” ilə birlikdə işləyir, lakin freqatın xarakteristikaları ilə bağlı yekun qərarı Rusiya Müdafiə Nazirliyi verəcək.

Məlumata əsasən raketlə təchiz ediləcək yeni nəsil freqatlardan minimum 4 ədəd istehsal edilməsi planlaşdırılır.

Qeyd edək ki, şirkət 2026-cı ildə ilk freqatın Rusiya donanmasına təhvil verilməsini planlaşdırır.