Tehranın deputatı: Azərbaycan dilinin tədrisi məsələsi...

Tehranın deputatı: Azərbaycan dilinin tədrisi məsələsi... backend

Tehranın İran parlamentindəki millət vəkili Təyyubə Siyavuşi Şahinayəti ölkədəki qeyri-fars millətlərə məxsus dillərin tədris olunmasını istəyib.

Axar.az xəbər verir ki, millət vəkili yerli dillərin tədrisi ilə bağlı İran Konstitusiyasının 15-ci maddəsinin icrasını tələb edib.

“Konstitusiyanın 15-ci maddəsi fars dili ilə yanaşı digər yerli dillərin məktəblərdə tədrisini təkid edir. Ona görə də geyimlə məşğul olmaqdansa, məktəblərdə yerli və ana dilinin tədrisi məsələsini həll etmək lazımdır”, - o bildirib.

T.Siyavuşi Şahinayəti vurğulayıb ki, məktəblərdə ana dilinin tədrisi prioritet məsələ olmalıdır.