“Moskvaya getməməyim tövsiyə edildi”.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyada səfərdə olan İraq Baş naziri Heydər İbadi çıxış edib. Rusiya Baş naziri Dmitri Medvedyevlə görüşən İbadi iki ölkə arasında əməkdaşlığın inkişaf etdiriləcəyini bildirib:“Müəyyən güclərin xəbərdarlıqlarına baxmayaraq, Rusiyaya gəldim. Biz müdafiə, iqtisadiyyat və neft-qaz da daxil olmaqla, əlaqələrimizi hər sahədə inkişaf etdirməyi planlaşdırırıq”.