İl-20 hərbi təyyarəsinin qəzası ilə bağlı Suriya Prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.
Axar.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.“Aralıq dənizində qəzaya uğrayan İl-20 təyyarə qəzası ilə bağlı Suriya xalqı və öz adımdan başsağlığını sizlərə çatdırıram. Həlak olan rusiyalı hərbçilər Suriyada terrorizmə qarşı mübarizə aparırdılar”, - deyə məktubda bildirilib.
Əsəd əlavə edib ki, sözügedən təyyarənin qəzaya uğraması İsrailin məkrli və qərəzli fəaliyyətindən qaynaqlanır:
“İsrail öz hədəfləri üçün regionda həmişə çirkin metodlardan istifadə edir”.
Qeyd edək ki, Rusiyanın İl-20 hərbi təyyarəsini Suriyanın hökumət qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri vurub. Rusiya bunda Suriyanı vuran İsrail qırıcılarının Rusiya təyyarəsinin yaxınlığında “gizlənməsini” səbəb kimi göstərib.