Türk kəşfiyyatı Suriyada əməliyyat keçirib: 9 terrorçu saxlanılıb

Türk kəşfiyyatı Suriyada əməliyyat keçirib: 9 terrorçu saxlanılıb backend

Türkiyə kəşfiyyatı Suriyanın Afrin şəhərində xüsusi əməliyyat keçirib.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 9 YPG/PKK terrorçusu saxlanılıb.

Həmin şəxslər “Zeytun budağı” əməliyyatında iştirak edən iki türk əsgərinin ölümündə şübhəli bilinirlər.

Saxlanılan terrorçular Türkiyənin Hatay bölgəsinin jandarma komandanlığına təhvil verilib.