Sentyabrın 11-dən başlayaraq keçirilən “Şərq – 2018” təlimlərinə bu gün Rusiya Prezidenti Vladimir Putin də qoşulub.
Teleqraf.com-un “Röyter”ə istinadən verdiyi məlumata görə, təlimləri izləyən Kreml rəhbəri Qərb koalisiyasına qarşı da bir sıra açıqlamalar verib. “İlk dəfədir ki, bizim ordumuz və donanmamız belə bir səviyyədə təlimlər keçirir. Biz ordumuzda səfərbərliyi daha da artıracaq və hərbçilərimizi yeni istehsal etdiyimiz silahlarla silahlandıracağıq. Rusiya sülhsevər bir dövlətdir, lakin unutmayın ki, bizim ordumuz hər bir zaman müdafiəmizi təşkil etməyə hazırdır” - deyə Vladimir Putin vurğulayıb.Xatırladaq ki, təlimlərdə 300 minə yaxın hərbçi, 1000-dən çox təyyarə, helikopter və dronlar, 36 min tank və zirehli texnika, Rusiya hərbi donanmasının 80 gəmisi iştirak edir. Baykal ətrafı ərazilərdə keçirilən “Şərq – 2018” təlimləri sentyabrın 17-nə kimi davam edəcək.