Ermənilər yenə də başlarına gələn bütün bəlalarda Moskvanı günahkar çıxardılar
Xəbər verildiyi kimi, Rusiya Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutunyanla bağlı axtarış tədbirlərini sonlandırıb. Ermənistan polisi Rusiya hüquq-mühafizə orqanlarından bununla bağlı müvafiq bildiriş də alıb.Qeyd olunur ki, keçmiş müdafiə naziri Ermənistanda konstitusiya quruluşunu zorla dəyişdirməkdə ittiham edilir. Onun 2008-ci il martın 1-də 0038 saylı əmri ilə ordunun mitinq edən əhaliyə atəş açdığı iddia edilir. 10 nəfərin ölümü ilə nəticələnən hadisələrdə silahlı qüvvələr kazarma vəziyyətinə gətirilmiş, habelə tabel silahları ilə təmin edilən xüsusi dəstələr yaradılmışdı.
Rusiyanın “İnterfaks” agentliyi isə Mikael Arutunyanın Rusiya pasportunu aldığını və ölkə daxilində sərbəs hərəkət edə biləcəyini xəbər edib.
Erməni siyasi ekspertləri isə qərarı qəzəblə qarşılayıblar.
“Helsinki vətəndaş assambleyası”nın Vanadzor ofisinin rəhbəri Artur Sakuntsun 1-ci informasiya saytında verdiyi müsahibədə Moskvanın son addımı ilə 1 mart hadisələrini ört-basdır etdiyini deyib.
Sakunts Rusiyanın qərarına hüquqi deyil, siyasi çərçivədən qiymətləndirməyin lazım olduğunu söyləyib: “Əgər Xaçaturov məsələsində heç olmasa onun KTMT-nin baş katibi olması kimi bəhanə gətirilə bilirdisə, Arutunyanın qorunmaısının heç bir izahatı yoxdur. Buna görə də Moskva başqa bir “əsasa” yəni vətəndaşlığa söykənib. Bu isə əsl siyasi qərardır”.
Sakuntsun firkincə, Rusiya Arutunyanı saxlamaqla 1 mart cinayətində məsuliyyət payının bir hissəsini öz üzərinə götürmüş olub.
Digər tərəfdən Artur Sakunts başqa bir detala diqqət çəkib. Onun sözlərinə görə, əgər Arutunyanın Rusiya pasportu həqiqətən əvvəlcədən olubsa, o zaman Köçəryan hansı əsasla Ruisya vətəndaşını Ermənistanın müdafiə naziri postuna təyin edib.
“Bu beynəlxalq praktikada qeyri-adi hadisədir. Bu sualı ilk növbədə Robert Köçəryana, yəni vaxtilə Ermənistan Respublikasının konstitusiyasının və suverenliyinin qarantı olan prezidentə və onun vəkillərinə ünvanlamaq lazımdır”,- Sakunts deyib.
Politoloq Levon Şirinyan isə Ermənistanın Rusiyadan öz milli maraqlarını bu cür müdafiə etməyi öyrənməli olduğunu deyib. “Onlar hətta cinayətkarları da təslim etmirlər, qarətlərin üstünü örtür, üstəlik, cinayələrin açılmaması üçün hər cür fəaliyyət göstərirlər”.
L.Şirinyan “Arutunyan işi”nin Strasburq məhkəməsinə verilməsini təklif edib. “Ermənistan Arutunyanı cəzalandırmağın yolunu tapmalıdır”, - Şirinyan bildirib.
Musavat.com