Suriya ordusunun əməliyyatları səbəbindən İdlibdən köç edəcək miqrantları Türkiyə Fərat qalxanı bölgəsinə yönləndirəcək.
Axar.az xəbər verir ki, bu barədə Sputnik-in Türkiyə bölməsi məlumat yayıb.Bildirilib ki, Ankara artıq bununla bağlı hazırlıqlara başlayıb və miqrantların Azez, Cerablus, Əl-Bab və Afrin bölgələrində yerləşdirilməsi gözlənilir.
Bundan əlavə, İdlib yaxınlığında yerləşən Atme qaçqın düşərgəsinin ərazisi də genişləndirilir.
Bu işlə birbaşa Qızılay və AFAD-ın məğul olduğu deyilir.