Əsəd bu sözləri Hasakada 11 əsgərin öldürülməsindən sonra deyib
Suriyanın Hasaka bölgəsində Əsəd rejimi əsgərləri ilə PKK-nın Suriyadakı qolu olan YPG arasında baş verən atışmada 11 əsgərin ölümü ilə əlaqədar bölgədə vəziyyət bir az gərginləşəcək.Qeyd edək ki, atışmada 7 YPG-li də öldürülüb.
Qaziler.az bildirir ki, baş verən bu toqquşma ilə əlaqədar Suriya prezidenti olduqca sərt açıqlama verib.
Əsəd əsgərlərinin ölümünə görə YPG üzr istəsə də Suriya prezidenti YPG-yə lazımi dərsin veriləcəyini bildirib.
Xatırladaq ki, Əsəd rejimi YPG-nin işğal altında saxladığı bölgələri geri almaq istəyir.