Rusiya silahlarının tədarükünün davam etdirilməsiylə bağlı Prezident Vladimir Putinlə razılıq əldə etmişik.
Axar.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, tədarük prosesi bundan sonra da hərbi kreditlərlə davam etdiriləcək.O, digər tədarük imkanlarının da Moskva ilə müzakirə ediləcəyini bildirib.
Qeyd edək ki, bundan öncə “Kommersant” qəzeti Rusiyanın Ermənistana verəcəyi üçüncü hərbi krediti ləğv etdiyi haqqında məlumat yaymışdı.