İranda polislərə hücum edilib - 3 nəfər ölüb

İranda polislərə hücum edilib - 3 nəfər ölüb backend

İranın Hormozqan vilayətində polis bölməsinə silahlı hücum edilib.

AzVision.az xəbər verir ki, naməlum şəxslər Tukahur rayonunun Mina dairəsində yerli polis bölməsinə atəş açıblar. Hadisə nəticəsində iki polis həlak olub, ikisi isə yaralanıb.

Yaralı polislərdən biri xəstəxanada dünyasını dəyişib. Cinayətkarların tapılması üçün axtarışlar aparılır.