Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Britaniyada immiqrantların sayı 318 minə çatıb. Bu, son 10 ildə ən yüksək göstəricidir.
Ölkənin Milli Statistika Komitəsinin verdiyi məlumata görə, bununla bağlı sonuncu yüksək göstərici 2013–cü ildə olub - 109 min.Qanunsuz miqrasiyanın qarşısını almaq hökumətin yeni planında əsas müddəalardan biridir. Baş nazir Devid Kemeron deyib ki, bu göstərici miqrasiya sahəsində görüləsi işlərin çox olduğuna dəlalət edir.