Rusiya “S-400” raket əleyhinə müdafiə sistemlərini Türkiyəyə gələn ilin ortasında təhvil verəcək.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) rəisi Dmitri Şuqaev bildirib.O, qeyd edib ki, müqavilənin icrası qrafikə uyğun gedir.
Qeyd edək ki, “S-400” raket əleyhinə müdafiə sistemləri daha öncə 2020-ci ildə təhvil veriləcəyi bildirilsə də, Putin və Ərdoğan arasındakı görüşdə vaxtın tezləşdirilməsi barədə razılıq əldə edilmişdi.