"Son ana qədər döyüşəcəyik" - Rusiyanın bombaladığı İdlibdən - Son görüntü

"Son ana qədər döyüşəcəyik" - Rusiyanın bombaladığı İdlibdən - Son görüntü backend

Bu gün İdlibdə qəbilə başçıları bir araya gələrək, Rusiya və Əsəd ordusunun əməliyyatı ilə bağlı toplantı keçiriblər.

Teleqraf.com-un xəbərinə görə, qəbilə başçıları son vəziyyəti müzakirə edərək, bir sıra qərarlar qəbul ediblər.

CNN Türk kanalının əməkdaşının məlumatına görə, qəbilə başçılarının qərarlarından biri İdlibi tərk etməmək barədədir: "Onların digər qərarı isə müqavimət göstərməklə bağlıdır. Qəbilə başçıları İdlibə hücum olacağı təqdirdə, Əsəd ordusu ilə son ana qədər döyüşəcəklərini bildiriblər".