Başına 4 milyon lirə qoyulan terrorçu məhv edildi

Başına 4 milyon lirə qoyulan terrorçu məhv edildi backend

Türk Silahları Qüvvələri tərəfindən qırmızı siyahı ilə axtarılan PKK-çı Fatih Özdenin zərərsizləşdirildiyi bildirilir

Qaziler.az bildirir ki, Hakkari Yüksekovada öldürülən Fatih Özdenin başına 4 milyon lirə qoyulubmuş.

Bölgədə terrorçulara qarşı mübarizə davam etdirilir.

TSQ tərəfindən verilən açıqlamada: "Hakkari-Yüksekova İkiyakalar bölgəsində keçirilən əməliyyatlarda adı qırmızı siyahıda olan bölücü terror təşkilatı PKK-nın sözdə bölgəyə "cavabdeh" "Bager Andok" kod adlı Fateh Özden zərərsizləşdirilib" - deyilir.