Putinlə Paşinyanın görüş vaxtı bəlli oldu

Putinlə Paşinyanın görüş vaxtı bəlli oldu backend

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü 8 sentyabrda baş tutacaq.

AzVision.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Qeyd olunub ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verdikdən sonra bu, Putinlə Paşinyanın sayca 3-cü görüşü olacaq.

Bundan əvvəl Rusiya və Ermənistan liderləri 14 mayda Avrasiya İqtisadi İttifaqının Soçidə keçirilən sammiti çərçivəsində və 13 iyunda futbol üzrə dünya çempionatının açılışında görüşüblər.