Benyamin Netanyahu Fələstin dövlətinin yaradılması ideyasını yenidən dəstəkləyir.
Qaziler.az Xezerxeber.com-a istinadən bildirir ki, Benyamin Netanyahu yenidən Fələstin dövlətinin yaradılması ideyasını dəstəklədiyini bildirib.Qüdsdə Avropa diplomatiyasının başçısı Federik Moqerinini qəbul edən İsrailin Baş naziri onunla bu layihənin praktikada necə tətbiq olunması yollarını müzakirə edəcəyini deyib.
Xatırladaq ki, mart ayında keçirilmiş parlament seçkiləri ərəfəsində Benyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini bəyan etmişdi.