Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də İrana səfər edəcək.
"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, o, Tehranda Rusiya, İran və Türkiyə dövlət başçılarının iştirakı ilə keçirilməsi planlaşdırılan zirvə görüşünə qatılacaq.Sammitdə Suriya böhranının həllinin müzakirəsi nəzərdə tutulub.