Tramp ABŞ bayrağını düzgün rəngləmədi

Tramp ABŞ bayrağını düzgün rəngləmədi backend

ABŞ prezidenti Donald Tramp ölkəsinin bayrağının rənglərini bilməməkdə ittiham edilib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Trampın Ohayo ştatındakı uşaq xəstəxanalarından birinə səfəri zamanı diqqətçəkən görüntü ortaya çıxıb. Belə ki, ABŞ-ın səhiyyə naziri Aleks Azarın "Twitter" səhifəsində paylaşdığı foto müzakirələrə səbəb olub.

İnternetdə yayılan fotoda Trampın uşaqlarla birgə bayraq rənglədiyi şəkillərə diqqət yetirilib. Məlum olub ki, Tramp bayraqdakı üfüqi zolaqları ağ və ya qırmızı olduğu halda, göy boya ilə rəngləyib. Bu isə birmənalı qarşılanmayıb. ABŞ bayrağını səhv rənglədiyi üçün Tramp sərt tənqidlərə məruz qalıb.