Rusiya ələ keçirdiyi silahları nümayiş etdirdi

Rusiya ələ keçirdiyi silahları nümayiş etdirdi backend

Rusiyada “Ordu-2018” forumu çərçivəsində ələ keçirilən silah və texnikaların sərgisi təşkil olunub.

Axar.az xəbər verir ki, forumun mətbuat mərkəzindən verilən açıqlamada sərgidə Suriyada ələ keçirilən silahlar, o cümlədən İkinci Dünya müharibəsi zamanı Almaniya ordusunun texnika nümayiş edilib.

“Sərgidə terrorçulardan ələ keçirilən üzərinə zenit puemyorları və kompleksləri quraşdırılmış ciplər, idarəolunmayan raketlər daha çox marağa səbəb olub”, - məlumatda bildirilib.