Belarus Prezidenti Aleksandr Lukaşenko Suriya Prezidenti Bəşər Əsədi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.Lukaşenko təbrik məktubunda bildirib ki, ötən 25 ildə Belarus və Suriya arasında güclü əlaqələr yaradılıb.
“Bu əlaqələr Suriyada terrorçuluqla mübariədə özünü göstərdi. Bu çətin illərdə Belarus Suriyanın yanında oldu, bu qlobal şərlə mübarizənizdə sizi dəstəklədi”, - Lukaşenko bildirib.
Lukaşenko ölkənin bərpası və sülh quruculuğunda Suriyaya hərtərəfli yardım etməyə hazır olduqlarını bildirib.