İranın qərbində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 232 nəfər xəsarət alıb.
Bu barədə İranın Mehr agentliyi Kermanşah əyalətinin Baş Qərargahına istinadla məlumat verib.***
İranın Kirmanşah vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, zəlzələ ocağının 9-10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Məlumata görə, zəlzələ nəticəsində ən azı 1 nəfər ölüb, 140 nəfər yaralanıb.