Məsciddə intihar etdi - Məkkədə görünməmiş hadisə

Məsciddə intihar etdi - Məkkədə görünməmiş hadisə backend

Məkkədə intihar hadisəsi baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün naməlum şəxs Məscidül-Həramın damına çıxaraq özünü yerə atıb.

O, hadisə yerində ölüb. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil. Bildirilib ki, intihar edən şəxs Kəbənin ətrafında təvaf edən zəvvarların olduğu yerə düşüb, nəticədə 2 nəfər xəsarət alıb.