Erməni zabitlər Paşinyana qarşı etiraza qalxdı: "Bu xəyanətdir"

Erməni zabitlər Paşinyana qarşı etiraza qalxdı: "Bu xəyanətdir" backend

Ermənistanda təqaüdçü zabitlər dövlət məmurlarının laqeyd münasibətinə qarşı etiraz aksiyası keçiriblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün təqaüdçü zabitlər Ermənistanın hökumət binası qarşısında toplaşaraq, keçən 20 il ərzində zabitlərin mənzil təminatı məsləsində dövlət məmurlarının laqeyd münasibətinə qarşı etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları zabitlərlə bağlı problemlərin çox olduğunu bildiriblər. Aksiya iştirakçıları hökumətin zabitlərə yanaşma siyasətinin dəyişdirilməsini, sosial problemlərin həll edilməsini, mənzil təminatının yaxşılaşdırılmasını tələb ediblər.

"Tikilən binalarda mənzillərin bölüşdürülməsi ədalətli şəkildə aparılmayıb. Prosesin təmamilə korrupsiyalaşmış bir vəziyyətdə həyata keçirilməsi heç kimdə şübhə yaratmır. Bu il ali hərbi universitetə 2 nəfər qız olmaqla cəmi 19 nəfər qəbul olunub. Halbuki 90-cı illərdə bu rəqəm 400-450 nəfər təşkil edirdi.


Bu prosesə, hazırda xidmət edən zabitlərə dövlətin göstərdiyi qayğı və diqqət birbaşa təsir edir. Zabit həyatı potensial kursantı heç bir şeylə sövq etmir. Burada artıq faktiki görünür ki, gənclər zabit olmaq istəmir, həyatını dövlətlə bağlamağa meyilli deyillər. Ən ağrılı hal odur ki, bu tendensiya bir gündə meydana gəlməyib. Bu illərdir dövlətin yürütdüyü səhv siyasətin nəticəsidir. Keçmiş hərbi rəhbərlik bu sahədə heç bir iş görməyib və şəxsi villaların tikintisi ilə məşgul olub. Zabitlər isə hələ gözləyir. Zabitlərin etiraz etmək hüququ olmadığına görə, insanlar da zabitlərin sosial şəraitlərinin həllinə laqeyd münasibət bəsləyiblər. Səsini çıxaranlara isə təzyiq göstərilirdi", - deyə aksiya iştirakçılarından biri etiraz edib.


Etirazçılar, səbr kasalarının daşmaması üçün problemlərin tez həll edilməsini məsləhət görüblər.

Araşdırmalar zamanı, "Facebook" sosial şəbəkəsində zabitlərin cəmləşməsi və hüquqlarının bərpa olunmana birgə mübarizə üçün qrup yaradıldığı məlum olub. Çağırışda bildirilir ki, mübarizə aparmaqdan qorxmaq lazım deyil, əsas ruh yüksəkliyi olmalıdır.