ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə görüşməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Amerika lideri "Reuters" agentliyinə müsahibəsində deyib."Əgər Ruhani mənlə görüşmək istəyirsə, o zaman "yaxşı", yox əgər iran lideri dialoqa getmək fikrində deyilsə, o zaman "heç bir işə ehtiyac yoxdur", Tramp bildirib.
ABŞ prezidenti onu da əlavə edib ki, rəsmi Vaşinqtondan Tehrana danışıqların aparılması üçün heç bir müraciət olmayıb.



