ABŞ-a məxsus hərbi helikopter İraqda qəzaya uğrayıb.
AzVision.az İraqın “Əs-Sümariyə” telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində bir amerikalı hərbçi ölüb, bir neçə nəfər isə yaralanıb.“Newsweek”in məlumatına görə, helikopter kiçik miqyaslı anti-terror reydi apardıqdan sonra bazaya qayıdarkən qəzaya düşüb. Helikopterin düşmən atəşi nəticəsində vurulduğuna dair ilkin əlamətlərin olmadığı bildirilir. Qeyd olunur ki, yaralı hərbçilərdən 3-ü ciddi xəsarət aldığından müalicə üçün digər əraziyə göndərilib.
Hazırda insidentlə bağlı istintaq aparılır.



