ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutuldu

ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutuldu backend

Naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinə avtomobildən atəş açıblar.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Hadisə səhər saat 06:00 radələrində baş verib. Atatürk bulvarı ilə hərəkət edən ağ rəngli minik avtomobilindən səfirlik istiqamətində 4-5 atəş açılıb.

Araşdırmalara başlanılıb.