Ərdoğan yenidən AKP sədri seçilib

Ərdoğan yenidən AKP sədri seçilib backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri seçilib.

"Report" xəbər verir ki, bununla bağlı qərar partiyanın Ankarada keçirilən VI qurultayında qəbul edilib.

O, AKP sədrliyinə tək namizəd olub. Qurultayda 1380 nümayəndə iştirak edib. Onların hamısı R.T.Ərdoğana səs verib.