“DDoS” hücumların sayında rekord qeydə alınıb

“DDoS” hücumların sayında rekord qeydə alınıb backend

Qaziler.az Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, “Akamai Technologies” şirkətinin təhlükəsizlik üzrə hesabatına görə, 2015-ci ilin birinci yarısında həyata keçirilən “DDoS” hücumların sayında rekord qeydə alınıb. Hesabat dövründə “DDoS” hücumların sayı 2014-cü ilin birinci rübü ilə müqayisədə iki dəfə artıb. Cinayətkarlar cari ilin əvvəlində “DDoS” hücumları ötən ilin son rübündəkindən 35 faiz çox törədiblər.

Şirkətin informasiya təhlükəsizliyi üzrə direktoru Erik Kobrin bildirib ki, ilin birinci yarısında tipik “DDoS” hücumların gücü 10 Qbit/saniyəni ötməyib, onların davametmə müddəti 24 saatdan çox olub. Ekspertlər tərəfindən həmçinin 10 Qbit/saniyəni ötən səkkiz meqa-hücum aşkarlanıb. E.Kobrinin sözlərinə görə, cinayətkarlar “IPv6” protokolunda “DDoS” hücum üsullarının sınaqlarına başlayıblar.

Bildirilir ki, 2015-ci ilin birinci rübündə “DDoS” hücumlardan hamıdan çox ümumi “DDoS” hücumlarda payı 25 faiz olan oyun sektoru ziyan çəkib. Cinayətkarlar arasında populyar hücum ümumi hücumlarda payı 20 faiz təşkil edən “SSDP” protokolu olub. Əlavələr səviyyəsində “DDoS” hücumların sayı 22,22 faiz, infrastruktura səviyyəsində 36,74 faiz artıb, - "SecurityLab” yazır.
Diaspora