Türkiyə prezidenti rahib Branson ilə bağlı açıqlama verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarına səslənib.Ərdoğan bəyan edib ki, ABŞ terrorçu qruplaşmalarla əlaqəsi olan rahibə görə 81 milyon əhalisi olan Türkiyə ilə münasibətləri gərginləşdirir.
“Türk milləti ona şillə vurana o biri üzünü çevirən millət deyil. 81 milyon əhalisi olan Türkiyə ilə strateji müttəfiqliyini terrorçu qruplaşmalarla münasibətləri uğrunda fəda edənə sadəcə “gülə-gülə” deyirik. Nə lazımdırsa, hüquqi dövlət olaraq onu da edəcəyik”, - deyə Ərdoğan bildirib.