Ərdoğan Türkiyənin ticari tərəfdaşlarına səsləndi

Ərdoğan Türkiyənin ticari tərəfdaşlarına səsləndi backend

Prezident: Ticarəti milli valyuta ilə aparmağa hazırıq

Türkiyə öz tərəfdaşları ilə ticarəti milli valyuta ilə aparmağa hazırdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rize şəhərində keçirilən mitinqdə deyib.

"Biz artıq ikitərəfli ticarətdə daha böyük pay sahibi olan Çin, Rusiya, İran və Ukrayna ilə milli valyutada ticarət aparmağa hazırlaşırıq. Ancaq Avropa ölkələri dolların təzyiqindən azad olmaq istəyirlərsə, biz onlarla da analoji sistemi yaratmağa hazırıq", - deyə Anadolu agentliyi prezidentin sözlərini sitat gətirib.

Ərdoğan həmçinin qeyd edib ki, Ankara dünyaya iqtisadi müharibə elan olunduğu, bir sıra ölkələrə isə sanksiya təhdidi ilə təzyiq göstərildyi bir şəraitdə yaranmış vəziyyətə dözmək niyyətində deyil. O, eyni zamanda xatırladıb ki, dünyada elə bir siyasətçi və elə bir ölkə yoxdur ki, Türkiyəyə qarşı düşmənçilik siyasəti aparmaqla uğur qazansın.

Prezident həmçinin bildirib ki, Türkiyə xalqına əziyyət verən hər bir kəs gec-tez buna görə cavab verəcək.