Azərbaycan və Türkiyə ilə iclas keçirməliyik - İranlı general

Azərbaycan və Türkiyə ilə iclas keçirməliyik - İranlı general backend

İran, Türkiyə və Azərbaycan arasında sərhəd əməkdaşlığının artırılması üçün üçtərəfli iclas keçirilməlidir.

Report xəbər verir ki, bunu İslam Respublikası Nizam-intizam Qüvvələri Sərhəd Qoşunlarının komandanı, general Qasım Rzayi avqustun 10-da Makının Buralan bölgəsində Türkiyə Jandarm Qüvvələrinin komandanı Arif Çetinlə görüşdə bildirib.

Q.Rzayi deyib ki, Türkiyə və İran sərhədçiləri regionda təhlükəsizlik və sabitliyin daha da yüksəldilməsi üçün səylərini davam etdirirlər: “Bazərqan, Sero və Razi gömrük məntəqələrində gediş-gəliş sıra yaranmadan təmin edilməlidir”.

A.Çetin vurğulayıb ki, iki ölkənin xalqları və dövlətlərinin dostluğu sərhədlərdə tam təhlükəsizliyin bərqərar olmasına təsir edib: “Türkiyə jandarmaları iranlı sərhədçilərlə informasiya mübadiləsi və əlavə əməkdaşlıqlara tam hazırdır”.