Ermənistanın Apelyasiya Məhkəməsi eks-prezident Köçəryanın həbsi ilə bağlı məsələnin baxılmasını təxirə salıb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Köçəryanın vəkili Ayk Alumyan deyib.Onun sözlərinə görə, həbslə bağlı şikayətə bu gün 14:00-da baxılacaq. O, Köçəryanın azad edilməsi üçün müdafiə tərəfində kifayət qədər ciddi arqumentlərin olduğunu bildirib.