Amerika kəşfiyyatı Usamə Bin Ladinə aid bəzi sənədləri yayımlayıb.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Amerika Birləşmiş Ştatları Milli Kəşfiyyat İdarəsi Əl-Qaidə lideri Usamə bin Ladinin Pakistandakı evinə basqın zamanı ələ keçirilən bəzi sənədləri yayımlayıb.Bir neçə gün əvvəl məşhur jurnalist Seymur Herşin əl-Qaidə liderinin öldürüldüyü əməliyyatla bağlı ABŞ-ın yalan məlumat yaydığını deməsindən sonra bu sənədlər ortaya çıxıb.
ABŞ kəşfiyyatının yaydığı sənədlərdə Bin Ladinin şəxsi həyatı ilə bağlı məlumatlarla yanaşı, məktubları, qruplaşma ilə yazışmaları, təşkilatlarına qoşulmaq istəyənlərin müraciət formalarını əks etdirən yüzdən çox yazılı və vizual materiallar yer alıb.
Xatırladaq ki, əl-Qaidə lideri Usamə Bin Ladin 2011-ci il may ayında Pakistanın paytaxtı İslamabad yaxınlığındakı Abbotabadda gizləndiyi evdə keçirilən əməliyyat zamanı öldürülmüşdü.