Lukaşenko Riqaya getməyəcək

Lukaşenko Riqaya getməyəcək backend

Belarus prezidenti Aleksandr Lukaşenko “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqa sammitində iştirak etməyəcək.

APA-nın BELTA agentliyinə istinadən verdiyi məlumata görə, bunu dövlət başçısının mətbuat katibi Dmitri Mironçik bəyan edib.

Onun sözlərinə görə, mayın 21-22-də keçiriləcək sammitdə Belarusu xarici işlər naziri Vladimir Makey təmsil edəcək. “Prezident Lukaşenkonun qərarı ilə Latviyanın paytaxtına V.Makey gedəcək”, deyə D.Mironçik bildirib.
Diaspora