Rus jurnalistlərə Yunanıstanda hücum: soyuldular, döyüldülər

Rus jurnalistlərə Yunanıstanda hücum: soyuldular, döyüldülər backend

Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə PAOK-la qarşılaşan Rusiyanın "Spartak" klubu xoşagəlməz hadisə ilə üzləşib.

Axar.az xəbər verir ki, matçdan öncə rusiyalı jurnalistlər yerli azarkeşlərin hücumuna məruz qalıb.

Bu barədə Tvitter hesabında yazan jurnalist Dmitri Yeqorov bildirib ki, həmkarlarının bir neçəsinə hücum edən yunan fanatlar onları soyublar, daha sonra onlara zərbələr endiriblər.

Qeyd edək ki, görüş meydan sahiblərinin 3-2 qələbəsi ilə yekunlaşıb.