Türkiyənin sərt reaksiyasına baxmayaraq ABŞ PKK-nın Suriya qolu olan YPG ilə əlaqələrini davam etdirməkdədir.
Avropa.info xəbər verir ki, Türkiyənin təpkilərindən sonra bir müddət terrorçu YPG -yə silah yardımını dayandıran ABŞ, terror birləşməsinə silah yardımını yenidən bərpa edib.Türkiyə mətbuatının yazdığına görə, bir neçə gün öncə ABŞ YPG-yə 200 maşın karvanından ibarət silah-surrsat göndərib. YPG-yə silah verilməsi ilə bağlı Vaşinqtondan hər hansı açıqlama edilməyib.
Analitiklər hesab edir ki, ABŞ-ın bu addımı Afrin əməliyyatı ilə xeyli zəiflədilən PKK/YPG terror təşkilatının gücləndirilməsinə yönəlib.